...

Bank of Baku-nun "Facebook" onlayn oyununa qatıl, Şakira, J Lo və Rihannanın konsertinə bilet qazan

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2012 14:47 (UTC +04:00)
“Bank of Baku”-nun Facebook sosial şəbəkə səhifəsində “Faizlər qayıdır” kampaniyasının ictimai təbliği məqsədi ilə “Faiz gəldi, uçdu getdi quşlar” adlı hədiyyəli virtual oyuna start verilir.
Bank of Baku-nun "Facebook" onlayn oyununa qatıl, Şakira, J Lo və Rihannanın konsertinə bilet qazan

"Bank of Baku"-nun Facebook sosial şəbəkə səhifəsində "Faizlər qayıdır" kampaniyasının ictimai təbliği məqsədi ilə "Faiz gəldi, uçdu getdi quşlar" adlı hədiyyəli virtual oyuna start verilir.

Virtual oyunda iştirak etmək üçün bu ünvana daxil olmaq tələb olunur: http://www.facebook.com/bankofbaku. Onlayn oyun çərçivəsində hər həftə ən çox xal toplamış üç nəfər qalib müəyyən ediləcək. Hər həftənin bazar ertəsi ötən həftənin qalibləri açıqlanacaq.

"Bank of Baku"-dan qaliblərə dünya şöhrətli müğənnilər Şakira, Cennifer Lopez və Rihannanın Bakıda baş tutacaq konsertinə biletlər təqdim olunacaq.Onlayn oyunun qalibi olmuş şəxslərə habelə pul mükafatı və Gold kart hədiyyə ediləcək.

"Faiz gəldi, uçdu getdi quşlar" onlayn oyununda öz məharətlərini sınamaq istəyənlər elə İNDİCƏ bu keçidə daxil ola bilər: http://www.facebook.com/bankofbaku.

Xəbər lenti

Xəbər lenti