Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" aviaşirkəti sentyabrda Bakı-Bodrum və Bakı-Antalya marşrutları üzrə mövsümi resyləri dayandıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə aviaşirkətdən bildiriblər.
Aviaşirkətdən deyiblər ki, Bodruma sonuncu aviareys sentyabrın 10-da həyata keçiriləcək.
"Öz növbəsində, Antalyaya sonuncu təyyarə sentyabrın 16-da yola salınacaq", - aviaşirkətdən qeyd ediblər.
"Azərbaycan Hava Yolları" bu aviareysləri azərbaycanlı turistlərin adıçəkilən marşrutlara tələbatının olması ilə əlaqədar yay mövsümü başlayanda reallaşdırır.