...

Azərbaycan dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində xeyli yüksəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 13:50 (UTC +04:00)
Azərbaycan dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində doqquz pillə yüksəlib. İllik reytinq Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən tərtib edilir.
Azərbaycan dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində xeyli yüksəlib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində doqquz pillə yüksəlib. İllik reytinq Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən tərtib edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü forumun hesabatında deyilir.

Hazırda ölkəmiz reytinqdə 46-cı yerdə qərarlaşıb.

Mövcud göstəriciyə əsasən, Azərbaycan MDB məkanında liderdir. Belə ki, reytinqdə Qazaxıstan 51-ci, Rusiya 67-ci, Ukrayna 73-cü, Ermənistan isə 82-ci yeri tutur.

Azərbaycanla qonşu ölkələrdən Türkiyə 43-cü, İran 66-cı, Gürcüstan isə 77-ci mövqedədir.

Ötən il olduğu kimi reytinqə İsveçrə başçılıq edir.

Xəbər lenti

Xəbər lenti