...

"Dövlət və özəl sektor əməkdaşlığı - alternativ satınalmalar modeli" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2012 15:17 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə "Dövlət və özəl sektor əməkdaşlığı - alternativ satınalmalar modeli" mövzusunda seminar keçirilib.
"Dövlət və özəl sektor əməkdaşlığı - alternativ satınalmalar modeli" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə "Dövlət və özəl sektor əməkdaşlığı - alternativ satınalmalar modeli" mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, seminarda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, iqtisadi siyasətin prioritetlərindən olan sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və s. kimi kompleks tədbirlər davam etdirilir. Qasımov, həmçinin, satınalmalarının həyata keçirilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə görülən işlər, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq barədə məlumat verib.

Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi Olli Noroyono satınalmalarla bağlı qabaqcıl dünya təcrübəsi barədə seminar iştirakçılarına məlumat verib, Azərbaycanla AİB arasında əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.

Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev dövlət və özəl sektorun əməkdaşlığında infrastruktur, mal və xidmətlərin çatdırılması istiqamətində alternativ satınalma modelinin əhəmiyyəti barədə məlumat verib, müvafiq dövlət qurumları və sahibkarlıq subyektlərinin bu sahədə qabaqcıl təcrübəyə yiyələnməsinin əhəmiyyətini qeyd edib.

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş maliyyəçisi Adrian Tores "Azərbaycanda potensial layihələrdə özəl sektorun iştirakının təmin edilməsi", "Dövlət satınalmalarının həyata keçirilməsində özəl sektorun rolu" və "Asiya İnkişaf Bankının layihə-məsləhət xidmətləri" mövzusunda təqdimatlarla çıxış edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti