...

Bakıda 53 çeşiddə keyfiyyətsiz ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 17:36 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Bakı şəhəri, Səbail rayonu Ə.Yaqubov küçəsi, 14 ünvanında Hicran Quliyevə məxsus mağazada 53 çeşiddə ümumi çəkisi 91 kq olan saxlama müddəti ötmüş ərzaq mallarının satıldığı aşkar olunub.
Bakıda 53 çeşiddə keyfiyyətsiz ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Bakı şəhəri, Səbail rayonu Ə.Yaqubov küçəsi, 14 ünvanında Hicran Quliyevə məxsus mağazada 53 çeşiddə ümumi çəkisi 91 kq olan saxlama müddəti ötmüş ərzaq mallarının satıldığı aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bundan başqa, bu mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Bununla əlaqədar, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti