...

IFC Azərbaycan bankına yeni kredit verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) cari ilin noyabr ayının 5-də Direktorlar Şurasının iclasında "AccessBank"a 15 milyon manat həcmində kredit ayırmaq məsələsini nəzərdən keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı IFC-nin yaydığı məlumatda deyilir.

"Kredit vəsaiti Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün nəzərdə tutulub", - məlumatda qeyd edilir.

"AccessBank" bu il artıq Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) iki tranşla 25 milyon dollar alıb. Bu vəsait mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti