...

Azərbaycan bankları ilin I yarısında 471 milyon dollarlıq xarici borc qaytarıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2012 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Ə.Həsənov/

İlin birinci yarısında kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin xüsusi çəkisi xarici kapitalın strukturunda 43.4% (1913.4 mln. dollar) təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı 2012-ci ilin yanvar-iyun ayları üçün ölkənin tədiyə balansında deyilir.

Bu məbləğ, əsasən, birbaşa dövlət və dövlət təminatlı və banklar tərəfindən cəlb edilmiş kreditlər hesabına formalaşıb.

Kreditlərin 43.2%-i (451.5 mln. dollar) birbaşa 6 dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər (beynəlxalq maliyyə və digər təşkilatlar tərəfindən ayrılmış kreditlər), 56.8%-i (593.3 mln. dollar) isə dövlət təminatı olmayan kreditlərdir ki, bunun da 502.5 mln. dolları banklar, 90.8 mln. dolları isə digər müəssisələr və firmalar tərəfindən cəlb olunub.

Əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 1133.5 mln. dollar geri qaytarılıb. Qaytarılmış kreditlərin 41.6%-i (471.3 mln. dollar) bank sisteminin, 13.3%-i (150.7 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 35.2%-i (399.1 mln. dollar) neft-qaz sektorunun, 9.9%-i (112.4 mln. dollar) isə digər müəssisələr və firmaların payına düşür.

Xəbər lenti

Xəbər lenti