...

Expressbank tərəfindən keçirilən “VISA Kartı ilə ödə - azarkeşlərin sırasında ol öndə” kampaniyasının qalibləri bəlli olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2012 15:12 (UTC +04:00)
Expressbankın Visa şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi "VISA Kartı ilə ödə - azarkeşlərin sırasında ol öndə” kampaniyası sona çatmışdır.
Expressbank tərəfindən keçirilən “VISA Kartı ilə ödə - azarkeşlərin sırasında ol öndə” kampaniyasının qalibləri bəlli olub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Expressbankın Visa şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi "VISA Kartı ilə ödə - azarkeşlərin sırasında ol öndə" kampaniyası sona çatmışdır. 28.08.2012-ci il tarixindən 05.09.2012-ci il tarixinədək keçirilən kampaniya çərçivəsində Visa kartları ilə hər 20 manatlıq alış-veriş edən müştərilərin sayı bəlli olmuşdur. İştirak hüququ qazanmış müştərilər arasında lotereya keçirilərək qaliblər təyin edildi. Keçirilən lotereyanın nəticəsində bankın 37 müştərisi qalib gələrək FİFA U-17 Qadınlararası futbol üzrə dünya çempionatını canlı izləmək şansı əldə etdilər.

Qeyd edək ki, lotoreyanın keçirilməsi ilə əlaqədar olaraq bankda müşahidə komissiyası yaradılmış və şahidlər dəvət olunmuşdur. Şahidlər arasında KİV nümayəndəsi də iştirak edirdi.

Expressbank, onun xidmət və məhsullar, həmçinin kampaniyaları haqqında əlavə məlumat almaq üçün 132 Məlumat Mərkəzinə zəng edə və ya www.expressbank.az saytına keçid ala bilərsiniz.

Xəbər lenti

Xəbər lenti