...

"Fitch" Paşa Bank-a "B+" səviyyəsində kredit reytinqi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 18:49 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Paşa Bank"a "Sabit" proqnozla "B+" səviyyəsində uzunmüddətli emitent defoltu reytinqini (EDR) verib.
"Fitch" Paşa Bank-a "B+" səviyyəsində kredit reytinqi verib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Paşa Bank"a "Sabit" proqnozla "B+" səviyyəsində uzunmüddətli emitent defoltu reytinqini (EDR) verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü agentliyin yaydığı məlumatda deyilir.

Xarici valyutada qısamüddətli EDR banka "B" səviyyəsində, davamlılıq reytinqi "b+" səviyyəsində, dəstək reytinqi "5" səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi "dəstək səviyyəsi yoxdur" kimi verilib.

"Hazırda bankın kredit qabiliyyəti üçün əlverişli faktorlardan biri də kapital ödəmələri və fondlaşdırmağa çıxışdır", - məlumatda deyilir.

"Fitch" qeyd edir ki, bankın səhmdar kapitalının strukturu likvidliyin potensial dəstəyi və əlverişli tənzimlənmə baxımından müsbət faktor ola bilər.

Xəbər lenti

Xəbər lenti