...

Azərbaycan ilin sonunadək vergiödəyicilərə xidmət mərkəzləri ilə tam əhatə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 13:10 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi 2013-cü ilədək ölkəni vergiödəyicilərə xidmət mərkəzləri ilə tam əhatə edəcək.
Azərbaycan ilin sonunadək vergiödəyicilərə xidmət mərkəzləri ilə tam əhatə olunacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi 2013-cü ilədək ölkəni vergiödəyicilərə xidmət mərkəzləri ilə tam əhatə edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nazirliyin Vergiödəyiciləri Xidmət İdarəsinin rəisi Elçin Məmmədov bildirib.

"Vergilər Nazirliyi 2013-cü ilədək ölkənin nazirliyin inzibati binalarının olmadığı bütün rayonlarında vergiödəyicilərə xidmət mərkəzləri yaradacaq. Bu mərkəzlər üçün binalar tikiləcək və ya icarəyə götürüləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 34 belə mərkəz fəaliyyət göstərir, ümumilikdə isə cəmi 55-nin açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti