...

İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətinin bahalaşması barədə məlumatı təsdiqləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 18:58 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi Bakı mağazalarında çörəyin qiymətinin bahalaşması haqqında məlumatı təsdiqləmir.
İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətinin bahalaşması barədə məlumatı təsdiqləmir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir C.Nəsibova/

İqtisadi İnkişaf Nazirliyi Bakı mağazalarında çörəyin qiymətinin bahalaşması haqqında məlumatı təsdiqləmir.

"Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinq çərçivəsində çörəyin qiymətinin bahalaşması faktları qeydə alınmayıb", - bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Bu gün bir sıra KİV-lərdə yayılan məlumata görə, Bakıdakı mağazalarda çörəyin qiyməti 30 qəpikdən 35 qəpiyə yüksəlib.

Xəbər lenti

Xəbər lenti