Xəbər verildiyi kimi Xalq Bank FİFA ilə imzalanmış sazişə əsasən FİFA U-17 qadınlararası Dünya Çempionatının (FIFA U-17 Women's World Cup Azerbaijan 2012) milli sponsorundan biridir. Sponsorluq çərçivəsində Xalq Bankın Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə geniş tədbirlər kompleksinin keçirilməsi nəzərdə tutulub. Belə ki, sentyabrın 15-də Dənizkənarı Milli Parkda Azarkeş Zonası (fan-zona) fəaliyyətə başlayıb və oktyabrın 13-dək davam edəcək.
Xalq Bankın ümumi sahəsi 200 kv. m. olan zonasında azarkeşlər üçün izləmə zalı və müxtəlif oyunlar (darts, playstation oyunları, stolüstü futbol, mini futbol) təşkil olunub. Gündəlik keçirilən yarışmaların və attraksionların iştirakçıları Xalq Bankdan müxtəlif hədiyyələr qazanırlar. Fan-zonanın əhəmiyyətli hissəsi böyük monitorlar vasitəsi ilə futbol oyunlarına rahat baxmaq üçün izləmə zalına çevirilib. Bundan əlavə, üzünə müxtəlif futbol mövzulu şəkilləri həkk etmək istəyənlər üçün "face painting" (üz rənglənməsi) məntəqəsi və fotoqraf fəaliyyət göstərir. Xalq Bankın bankomat xidmətindən də burada istifadə etmək olar.
Qeyd edək ki, fan zona həftənin 7 günü, saat 12.00-dan 22.00-dək fəaliyyət göstərir. Fan zonaya giriş, eləcə də attraksionlar pulsuzdur.