...

ARDNŞ yerli sığorta şirkətindəki payını satmağa hazırlaşmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Atəşgah" sığorta şirkətindəki payını hələ ki satmağa hazırlaşmır. Bu barədə Trend-ə cümə günü ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Qeyd edək ki, ARDNŞ daha əvvəl qeyri-profil aktivlərinin müvafiq strukturlara təhvil verilməsi prosesinə başlamışdı.

"Hələlik "Atəşgah"dakı payın satışı məsələsi qaldırılmayıb", - Qasımov deyib.

Xəbər lenti

Xəbər lenti