...

Azərbaycanda TAIEX alətinin tətbiqinə dair seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 16:31 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Tvinninq, TAIEX və Sigma əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının "Azərbaycanda Tvinninq, TAIEX və SIGMA əməliyyatlarının tətbiqi (ITTSO) II" layihəsinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət qurumları üzrə Tvinninq, TAIEX və SIGMA alətləri ilə məşğul olan əlaqələndirici şəxslər üçün Azərbaycanda TAIEX alətinin tətbiqinə dair seminar keçirilib.
Azərbaycanda TAIEX alətinin tətbiqinə dair seminar keçirilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Tvinninq, TAIEX və Sigma əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının "Azərbaycanda Tvinninq, TAIEX və SIGMA əməliyyatlarının tətbiqi (ITTSO) II" layihəsinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət qurumları üzrə Tvinninq, TAIEX və SIGMA alətləri ilə məşğul olan əlaqələndirici şəxslər üçün Azərbaycanda TAIEX alətinin tətbiqinə dair seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, seminarda Avropa İttifaqının ekspertləri ilə yanaşı, ölkənin bir sıra dövlət orqanlarının nümayəndələri də iştirak edib.

Seminarı giriş sözü ilə açan Proqram İdarəetmə Qurumunun direktor müavini, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmli Avropa İttifaqının TAIEX yardım aləti barədə məlumat verib. Bildirilib ki, Proqram İdarəetmə Qurumunun həyata keçirdiyi tədbirlər nəticəsində TAIEX alətinə müraciətlərin sayı ildən ilə artır. Belə ki, 2011-ci il ərzində dövlət orqanları Avropa Komissiyasına TAIEX üzrə 34 layihə ilə müraciət edib. 2012-ci ilin birinci yarısında isə Azərbaycan dövlət qurumları tərəfindən seminar, ekspert missiyası və təlim səfərləri keçirmək üçün edilmiş müraciətlərin 31-i qəbul edilib və qurumlar 20-dən çox TAIEX tədbirində iştirak ediblər.

Tədbirdə Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional quruculuq şöbəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi xanım Maria Luisa Sançez "TAIEX alətinə dair prosedurlar. Ən yaxşı müraciət formasının hazırlanmasına dair praktiki nümunələr" mövzusunda təqdimatla çıxış edib.

Seminarda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil etdikləri dövlət orqanları tərəfindən TAIEX aləti vasitəsilə həyata keçirilən layihə və proqramların icrası barədə məlumat veriblər. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti