...

Nissan servisdə "Yaxşıların yaxşısı" seçildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 16:18 (UTC +04:00)
Nissan Satış və Servis Mərkəzində ənənəvi NISTEC (Nissan Service Technical Contest) yarışması keçirildi.
Nissan servisdə "Yaxşıların yaxşısı" seçildi

Nissan Satış və Servis Mərkəzində ənənəvi NISTEC (Nissan Service Technical Contest) yarışması keçirildi. Yarışma ustaların bilik və bacarıqlarının təkmiləşdirilməsi məqsədilə təşkil olunur. Şərtlərə görə, ustalar 2 yarımqrupa bölünərək avtomobillərdə yaradılmış 3 müxtəlif problemi təyin olunmuş vaxt ərzində "Nissan"ın müəyyənləşdirdiyi proses ardıcıllığı əsasında fərdi şəkildə tapıb aradan qaldırmalı idilər. "Nissan Servis"in yarışmaya qatılan əməkdaşları onları izləyən həmkarları, rəhbərlik, qonaqlar və medianın gözləri önündə üzərlərinə düşən məsuliyyətli işin öhdəsindən bacarıqla gələ bildilər. Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

"NURGÜN Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2), Lənkəran (Ləvəngi dairəsi) və Quba (Heydər Əliyev pr.) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgun Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

NISSAN getdiyin yolları_DƏYİŞ

Əlavə məlumat üçün ünvanlar və telefonlar:

Poçt indeksi: AZ 1029
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2, Xoyski pr., 104A
Telefonlar: (+994 12) 448 38 38, 430 81 41, 448 37 37
Faks: (+994 12) 447 46 87
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
Quba şəhəri, Heydər Əliyev pr.
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az

Xəbər lenti

Xəbər lenti