...

Azərbaycan ECOBank-a üzvlük haqqında nizamnamə imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 18:35 (UTC +04:00)
ECO Ticarət və İnkişaf Bankının (ECOBank) prezidenti Hüseyn Qəzavinin Azərbaycana səfəri çərçivəsində ölkənin banka üzv olması haqqında nizamnamə imzalanıb.
Azərbaycan ECOBank-a üzvlük haqqında nizamnamə imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A. Ağayeva/

ECO Ticarət və İnkişaf Bankının (ECOBank) prezidenti Hüseyn Qəzavinin Azərbaycana səfəri çərçivəsində ölkənin banka üzv olması haqqında nizamnamə imzalanıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıb.

Bunadək oxşar sənəd Əfqanıstan ilə imzalanıb.

ECOBank-la əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Hazırda təşkilatın Azərbaycan Respublikası da daxil olmaqla, 10 üzvü var.

Təşkilatın əsas məqsədi davamlı iqtisadi artıma nail olunmasına, üzv-dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsinə, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqinə, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, nəqliyyat və kommunikasiya sisteminin inkişafına, iqtisadiyyatın liberallaşdırılmasına, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsinə dəstək göstərməkdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış qurumu olan Ticarət və İnkişaf Bankı (ECOBank) 2008-ci ildə fəaliyyətə başlayıb. Türkiyə, İran, Pakistan Bankın üzvləridir. Qərargahı İstanbulda yerləşən ECOBank-ın İran və Pakistanda da nümayəndəlikləri fəaliyyət göstərir. Nüfuzlu beynəlxalq maliyyə institutu olan ECOBank-ın nizamnamə kapitalı 1,5 milyard dollardan artıqdır.

Xəbər lenti

Xəbər lenti