...

Rusiyada daha bir Azərbaycan bankının nümayəndəliyi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2012 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir C.Nəsibova/

Rusiya Mərkəzi Bankı Moskvada "Muğanbank"ın nümayəndəliyinin açılmasına icazə verib. Bu barədə çərşənbə axşamı Trend-ə "Muğanbank"dan bildirilib.

"Bankın Moskva nümayəndəliyi bir sıra texniki məsələlərin həllindən sonra cari ilin sonunda açılacaq", - bankdan deyilib.

"Muğanbank", həmçinin gələn il Ukrayna, Qazaxıstan və digər keçmiş sovet ölkələrinin bazarına çıxmağı planlaşdırır. "Bankın Türkiyə və Çin bazarlarına çıxması 2013-cü ildən tez gözlənilmir", - bankdan vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti