...

Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,6 milyard manat vəsait daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 16:49 (UTC +04:00)
2012-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 562 milyon 764,5 min manat təşkil edib.
Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,6 milyard manat vəsait daxil olub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

2012-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 562 milyon 764,5 min manat təşkil edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergi daxilolmalarının 37,2 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 8 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 2 milyard 462 milyon 265,1 min manat vəsait büdcəyə daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çoxdur.

Yanvar-sentyabr aylarında respublika üzrə 54 min 939 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin oktyabr ayının 1-dək 43 min 921 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 oktyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 467244 olub.

2012-ci ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti