...

Azərbaycanda il ərzində 140-a yaxın yeni milli standart dövlət qeydiyyatına alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 16:58 (UTC +04:00)
Azərbaycanda cari il ərzində 139 yeni milli standart dövlət qeydiyyatına alınıb. Ötən il bu rəqəm 41 olub.
Azərbaycanda il ərzində 140-a yaxın yeni milli standart dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanda cari il ərzində 139 yeni milli standart dövlət qeydiyyatına alınıb. Ötən il bu rəqəm 41 olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda cəmi 674 milli standart və 20 878 dövlətlərarası standart (ГОСТ) qüvvədədir. Həmçinin, il ərzində respublika üzrə avtomobil yollarının, piyada keçidlərinin, körpülərin inşası üzrə Komitəyə təqdim edilmiş 18 layihəyə baxılıb və müvafiq rəylər verilib.

Bu il nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında ekoloji normaları təyin edən 80-dən çox milli standart layihəsi müvafiq orqanların rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və dövlət qeydiyyatına alınıb.

Standartlaşdırma sahəsində 2012-ci il ərzində İsrail, Litva, Yunanıstan, Gürcüstan, Misir Ərəb Respublikası, Makedoniya ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub, müvafiq tədbirlər həyata keçirilib və gələcəkdə iki tərəfli əməkdaşlıq istiqamətində sazişlərin imzalanması üzərində işlər aparılır. Türkiyə, Rusiya Federasiyası, Albaniya, Serbiya, Rumıniya, Moldova, Çexiya, Polşa, Türkmənistan, İordaniya, Tacikistan, İran, Bolqarıstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızıstan və Belarusun standartlaşdırma sahəsi üzrə müvafiq qurumları ilə ikitərəfli əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Hazırda ABŞ-ın standartlaşdırma üzrə nüfuzlu təşkilatı Sınaqlar və Materiallar üzrə Amerika Cəmiyyəti (ASTM) ilə ikitərəfli əməkdaşlıq memorandumunun imzalanması istiqamətində işlər aparılır.

Qeyd edək ki, 14 oktyabr Ümumdünya Standartlaşdırma Günüdür. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. 14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərində toplaşmışdılar. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti