...

"Amrahbank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2012 12:33 (UTC +04:00)
QKDK-dən Trend-ə verilən məlumata görə, emissiya prospektinə hər birinin nominal dəyəri 100 manat olan 51,383 ədəd səhm daxildir.
"Amrahbank" kapitalını artırır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir C.Nəsibova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Amrahbank" ASC-nin 5,1 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

QKDK-dən Trend-ə verilən məlumata görə, emissiya prospektinə hər birinin nominal dəyəri 100 manat olan 51,383 ədəd səhm daxildir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 22,02 milyon manatdan 27,12 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti