...

“Bank Standard”ın “Kartla ödə, “Apple” qazan!” aksiyasının IV mərhələsinin qalibləri müəyyən olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend /

Oktyabrın 17-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının IV mərhələsinin uduş fondunun lotereyası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə bankın saytı www.bankstandard.com vasitəsilə öyrənə bilər.

Xatırladaq ki, ötən ilin 16 oktyabr və 2012-ci ilin 30 sentyabr tarixləri arasında 4 mərhələdən ibarət olmaqla keçirilən "Kartla ödə, "Apple" qazan!" aksiyası "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edirdi.

Aksiya müddəti ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), "Mobile Banking" xidməti vasitəsilə, habelə İnternetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, USD, GBP, EUR) müqabilində bir lotereya şansı əldə edə bilərdilər. Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilirdi.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com/az/campaigns/08/ saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti