...

Azərbaycan minik avtomobili idxalını 37 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 16:50 (UTC +04:00)
2012-ci ilin yanvar-avqust aylarında Azərbaycana 51,73 min minik avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 37,5 faiz çoxdur.
Azərbaycan minik avtomobili idxalını 37 faiz artırıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin yanvar-avqust aylarında Azərbaycana 51,73 min minik avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 37,5 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Komitənin məlumatına əsasən, yanvar-avqust ayları ərzində ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 501,64 milyon dollardan artıq olub ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana 6374 ədəd yük avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 88,7 faiz çoxdur. Ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 149,39 milyon dollar olub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 118,8 faiz çoxdur.

Bu dövr ərzində respublikaya ümumi dəyəri 40,36 milyon dollardan çox olan 747 avtobus idxal edilib. Bu göstərici ötən ilin yanvar-sentyabr ayları üzrə göstəricidən 105,2 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 40,36 milyon dollardan çox olub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 170,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti