...

AZPROMO Bosniya və Herseqovinanın Ticarət Palatası ilə anlaşma memorandumu imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir C.Nəsibova/

Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Bosniya və Herseqovinanın Ticarət Palatası arasında qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin iştirakı ilə keçirilən biznes forum çərçivəsində baş tutub.

Biznes forumda Azərbaycan və Bosniya və Herseqovinada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin 70-dən artıq nümayəndəsi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti