...

Bakıda içməli su istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 16:22 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində aparılan yoxlamalar zamanı “Büllur su” adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edilməsi, suların etiketində qablaşdırılma tarixinin göstərilməməsi, habelə istehsal edilən suların insan istifadəsi üçün yararsız olması səbəbindən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Bakıda içməli su istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Bakıda içməli su istehsalçısına maliyyə sanksiyası tətbiq edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində aparılan yoxlamalar zamanı "Büllur su" adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edilməsi, suların etiketində qablaşdırılma tarixinin göstərilməməsi, habelə istehsal edilən suların insan istifadəsi üçün yararsız olması səbəbindən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Nizameddin Yusuf Zergerə 2911 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti