...

"Manganese Bronze Holdings"in maliyyə problemləri London taksilərinin Azərbaycana gətirilməsinə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Manganese Bronze Holdings"də (hazırda Azərbaycanda istifadə edilən London taksilərinin istehsalçısı) yaranan maliyyə problemləri bu avtomobillərin gələcəkdə ölkəyə tədarük edilməsinə təsir etməyəcək. Bu barədə çərşənbə axşamı Trend-ə "Baku Taxi Company"nin rəhbəri İlqar Qasımov bildirib.

"Manganese Bronze Holdings" bəyan edib ki, maliyyələşdirmənin əlverişli şərtləri ilə bağlı razılaşma əldə edə bilməyib və holdinq daxili idarəetmə altına keçir.

Qasımovun sözlərinə görə, hazırda holdinqdə müəyyən proseslər gedir və perspektivdə səhmlərə nəzarət paketinin sahibinin dəyişməsinədək səhmdarların tərkibində dəyişikliklər baş verəcəyi halda belə, bu, London Taxi TX4 avtomobillərinin Azərbaycana tədarükünə heç cür təsir etməməlidir.

Onun fikrincə, istənilən halda bu avtomobillərin istehsalı dayanmayacaq, çünki onlara Böyük Britaniyada tələbat var. Holdinqin strukturunda dəyişikliklər baş verəcəyi və ya "Baku Taxi Company"nin rəhbərliyinin dəyişəcəyi təqdirdə də yeni müqavilə bağlamaq mümkündür.

Qasımov qeyd edib ki, şirkətin yeni avtomobillərin alınmasına dair planları qüvvədədir və hazırda maliyyələşdirmənin yeni sxemləri nəzərdən keçirilir. Maliyyələşdirmə sxeminin seçilməsindən sonra yeni avtomobillər sifariş veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti