...

Keçmiş SSRİ Əmanət Bankındakı əmanətlərin qaytarılması prosesi qrafiki qabaqlayır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 13:39 (UTC +04:00)
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi prosesi qrafiki qabaqlayır.
Keçmiş SSRİ Əmanət Bankındakı əmanətlərin qaytarılması prosesi qrafiki qabaqlayır - nazir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A. Axundov/

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi prosesi qrafiki qabaqlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

"Poses hətta bizim gözlədiyimizdən də böyük sürətlə gedir ki, bu da işlərin yaxşı təşkil olunduğunu göstərir. Əlbəttə ki, mövcud prosesdə yerlərdə bu işləri icra edən işçilər, müvəkkil "Kapital Bank"ın əməkdaşları və digərləri tərəfindən müəyyən nöqsanlar ola bilər. Lakin biz nöqsanların kütləvi olması barədə danışa bilmərik, nöqsanlar cüzi xarakter daşıyır" , - Şərifov vurğulayıb.

Nazirin fikrincə, bu proses uğurla həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti