...

Qaraçay-Çərkəz Azərbaycan ilə əməkdaşlıq üçün açıqdır - respublika başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 18:44 (UTC +04:00)
Azərbaycan Rusiya ilə iqtisadi münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda bildirib.
Qaraçay-Çərkəz Azərbaycan ilə əməkdaşlıq üçün açıqdır - respublika başçısı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Rusiya ilə iqtisadi münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda bildirib.

Biznes forum Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçirilir.

Nazirin sözlərinə görə,2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınıb. Azərbaycan və Rusiya Federasiyasının regionları arasında da iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Şahin Mustafayev hazırda ölkəmizin Rusiyanın 71 regionu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

"Azərbaycan və Rusiya arasında 160 dövlətlərarası və hökumətlərarası saziş imzalanıb, ticari-qitisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13 iclası keçirilib", - nazir qeyd edib.

Onun sözlərinə görə, bugünkü tədbirin əsas məqsədi iki ölkənin sahibkarları arasında əlaqələrin qurulması, həmçinin ikitərəfli ticarətin genişləndirilməsidir.

"Qaraçay-Çərkəz Azərbaycan ilə əməkdaşlıq üçün açıqdır", - Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzov çıxışında deyib.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Qaraçay-Çərkəz Respublikasının iqtisadi inkişaf naziri Eldar Tlyabiçev Rusiya Federasiyasının təmsil etdiyi regionunun investisiya imkanları barədə təqdimatlarla çıxış ediblər.

Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Son 10 ildə Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 563 mln. ABŞ dolları həcmində investisiya qoyulub.

Tədbirdə, həmçinin "AtaHolding", "Azersun Holding", "Gilan Holding" , "Altes Group", "Akkord", "Baku Steel Company", "Elfem", "Мətanət A", "Şərq-Qərb", Caspian Technology, "Ultra" və digər şirkətlər iştirak ediblər.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri də iştirakçılar arasında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti