...

Azərbaycanda Beynəlxalq Əmanətlər Günü qeyd olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 17:32 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Əmanətlər Gününə həsr edilmiş tədbir keçirilir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) İnkişaf Departamentinin direktor müavini Natəvan Məmmədova deyib.
Azərbaycanda Beynəlxalq Əmanətlər Günü qeyd olunur

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Əmanətlər Gününə həsr edilmiş tədbir keçirilir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) İnkişaf Departamentinin direktor müavini Natəvan Məmmədova deyib.

"AMB Azərbaycan əhalisinin maliyyə savadlılığına ciddi önəm verir, savadlılığın səviyyəsini artırmaq məqsədilə müxtəlif tədbirlər keçirilir və layihələr həyata keçirilir. Bu layihələrdən çoxu uşaqlar üçün hesablanıb. Gələcəkdə, həmçinin ölkənin qadın və yaşlı əhalisi arasında maliyyə savadlılığı səviyyəsinin artırılması üçün bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır", - Məmmədova bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi büdcənin düzgün tərtib edilməsi, habelə kredit və depozit anlayışlarını öyrənmək sahəsində şagirdlərin maarifləndirilməsidir. Belə ki, erkən yaşlarından başlayaraq əhalinin maliyyə savadlılığı səviyyəsini artırmaq əhəmiyyətlidir.

Tədbir AMB, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, Əmanətlərin Sığortalanması Fondu, həmçinin Azərbaycan Beynəlxalq Bankı, "AccessBank", "Bank Respublika", "DəmirBank" və "Unibank" kimi kommersiya banklarının dəstəyi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti