...

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 10 milyard dollar həcmindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 14:05 (UTC +04:00)
Hazırda Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 10 milyard ABŞ dolları təşkil edir.
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 10 milyard dollar həcmindədir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 10 milyard ABŞ dolları təşkil edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov deyib.

Onun sözlərinə görə, bu ticarət dövriyyəsinin əsas hissəsi Azərbaycana idxalın payına düşür.

Səfir deyib ki, son bir ildə İtaliyadan Azərbaycana idxal 100 faiz artıb.

Sadıqov bildirib ki, Azəbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan Azərbaycana isə texnika, yüngül sənaye məhsulları gətirilir.

Diplomat deyib ki, Azərbaycanla İtaliyanın ticarət dövriyyəsinin həcmi Avropanın digər böyük ölkələri ilə müqayisədə daha çoxdur.

Səfir, həmçinin bu ilin sonunda Bakıda iqtisadi əməkdaşlıq üzrə İtaliya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes forumunun keçiriləcəyi də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti