...

Dünya Bankı Azərbaycanın uzunmüddətli inkişaf planlarında iştiraka ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2012 23:31 (UTC +04:00)
Dünya Bankı (DB) "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına öz töhfəsini verməyə ümid edir.
Dünya Bankı Azərbaycanın uzunmüddətli inkişaf planlarında iştiraka ümid edir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına öz töhfəsini verməyə ümid edir. Trend-in məlumatına görə, bu barədə cümə günü DB-nin ölkə üzrə direktoru vəzifəsini icra edən Səidə Bağırlı Bakıda "Neftlə zəngin ölkələrdə sabit inkişaf problemləri" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

"Azərbaycan ilə 20 illik əməkdaşlıq ərzində DB ölkənin inkişafı dövründə üzləşdiyi çağırışların öhdəsindən gəlməkdə Azərbaycana kömək etməyə çalışıb. 1992-1995-ci illərdə əsas çağırış 1300 faizə çatan inflyasiya ilə mübarizə olub. Sonradan çağırışlar neft gəlirlərinin idarə edilməsi üzrə strategiyanın hazırlanması və inkişafı, ardından iqtisadiyyatın şaxələndirilməsi məsələləri ilə bağlı olub", - Bağırlı qeyd edib.

Onun sözlərinə görə, DB hazırda ölkə üzrə strategiyanın həyata keçirilməsi prosesinin ortalarındadır.

"Biz hazırda ilk iki ilin nəticələrini təhlil edirik, qarşıdakı iki il üçün işləri müəyyənləşdiririk və bu məsələləri vətəndaş cəmiyyəti ilə müzakirə etmək niyyətindəyik", - Bağırlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti