...

2013-cü il dövlət büdcəsi kəsirinin faktiki göstəricisi bir faizə çatmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 15:58 (UTC +04:00)
Son bir neçə il ərzində dövlət büdcəsi proqnozlarının icrası onu deməyə əsas verir ki, 2013-cü ilin nəticələri üzrə büdcə kəsirinin faktiki göstəricisi bir faizə belə çatmayacaq.
2013-cü il dövlət büdcəsi kəsirinin faktiki göstəricisi bir faizə çatmayacaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

Son bir neçə il ərzində dövlət büdcəsi proqnozlarının icrası onu deməyə əsas verir ki, 2013-cü ilin nəticələri üzrə büdcə kəsirinin faktiki göstəricisi bir faizə belə çatmayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisin beş komitəsinin birgə iclasında 2013-cü il və növbəti üç il üçün dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrdə deyib.

"Beynəlxalq təşkilatlar və Beynəlxalq Valyuta Fondu dünyada, xüsusən Avropa ölkələrində büdcə kəsirinin bir faiz səviyyəsində formalaşmasını müsbət amil hesab edir, habelə ölkələrə gələcəkdə kəsirsiz büdcəyə keçid imkanlarını öyrənməyi tövsiyə edir. Azərbaycanda dövlət büdcəsinin kəsiri 1,17 faiz səviyyəsində proqnozlaşdırılır, lakin kəsirin maliyyələşdirilməsi mənbələrinə diqqət yetirdikdə burada ehtiyatlı yanaşma var" , - Əsədov vurğulayıb.

2013-cü ilin büdcə kəsiri 656 milyon manat (ÜDM-in 1,17 faizi) səviyyəsində proqnozlaşdırılıb. Bu rəqəm 2012-cü ilin büdcəsində 634 milyon manatdır (ÜDM-in 1,2 faizi).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti