...

"Bank of Baku"nun kartlarının sahibləri bayram alış-verişində bonuslar qazanacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 15:50 (UTC +04:00)
"Bank of Baku" Bolkart, İdeal və Hissə-hissə (Mybrand's) kartlarının sahibləri üçün yeni kampaniya elan edir.
"Bank of Baku"nun kartlarının sahibləri bayram alış-verişində bonuslar qazanacaqlar

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

"Bank of Baku" Bolkart, İdeal və Hissə-hissə (Mybrand's) kartlarının sahibləri üçün yeni kampaniya elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, 9-12 noyabr tarixləri arasında bu kartlarla və ya kartlardan hər hansı biri ilə toplam olaraq azı 100 manat məbləğində alış-veriş edən hər şəxsin "Dostlar klubu" kartına 10 manat bonus əlavə olunacaq. "Dostlar klubu" kartına malik olmayan, lakin bankla əməkdaşlıq müddəti azı 12 ay təşkil edən müsbət kredit tarixçəli şəxslər isə kart əldə etmək üçün "Bank of Baku"ya müraciət edə bilərlər.

"Dostlar klubu" kartına artıq sahib olan şəxslərin kartlarına bonuslar 14 noyabr tarixində yüklənəcək, yenicə kart əldə etmiş şəxslər isə bonusu kartı alan günü əldə edəcəklər. "Dostlar klubu" kartına yüklənəcək bonuslar müştəriyə yeni kredit alarkən daha az məbləğdə komissiya haqqı ödəməyə, habelə bonuslarını pulsuz mobil danışığa çevirməyə imkan verəcək. Müştərilər 10 manat bonusun 20%-ni pulsuz mobil danışıq vaxtına çevirə biləcəklər.

Pərakəndə bankçılıq sahəsində aparıcı mövqelərə sahib olan "Bank of Baku"nun alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən Bolkart, İdeal və Hissə-hissə (Mybrand's) kartlarının toplam sayı 60 mini aşıb. Hazırda bu kartlar vasitəsilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Bu gün bu kartlarla ölkəmizin 400-ə yaxın dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Bu kredit kartlarından adlı-sanlı geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə istifadə etmək olar. "Dostlar klubu" "Bank of Baku" ilə 12 ay və daha artıq müddət əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar klubudur. Kart sahiblərinin sayı isə bu günlərdə 40 mini aşıb.

"Bank of Baku"nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya, həmçinin http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsilə istənilən sualı verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti