...

Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2012 12:48 (UTC +04:00)
Azərbaycan və Polşa hökumətləri iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 12 noyabr / Trend, müxbir S.Ağayeva /

Azərbaycan və Polşa hökumətləri iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Danışıqlar 26-27 noyabrda Varşavada baş tutacaq iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın beşinci iclası zamanı aparılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirib.

Azərbaycandan hökumət nümayəndə heyətinə hökümətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri olan sənaye və energetika naziri Natiq Əliyev başçılıq edəcək.

İclas çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumunun keçirilməsi planlaşdırılır.

Polşa tərəfinin məlumatına əsasən, Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsinin həcmi keçən il 136 milyon dollar təşkil edib. Onun 17 milyon dolları Azərbaycandan ixracın payına düşüb. Azərbaycan Polşaya əsasən kənd təsərrüfatı və kimya sənayesi məhsulları ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti