...

Dövlət Neft Fondu rubl depozitlərinin yerləşdirilməsi üçün ikinci bankı müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 11:25 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) rubl portfelinin genişləndirilməsi çərçivəsində Rusiyanın "VTB Bank"ı ilə danışqılar aparır.
Dövlət Neft Fondu rubl depozitlərinin yerləşdirilməsi üçün ikinci bankı müəyyən edib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov /

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) rubl portfelinin genişləndirilməsi çərçivəsində Rusiyanın "VTB Bank"ı ilə danışqılar aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNF-nin rəhbəri Şahmar Mövsümov bildirib.

"VTB Bank"la danışıqlar başa çatmaq üzrədir", - Mövsümov qeyd edib.

Yeni investisiya strategiyasına uyğun olaraq, 2012-ci il oktyabrın 19-da ARDNF Rusiya rubluna denominasiya edilmiş aktivlərə sərmayə qoymağa başlayıb. Hazırda ARDNF-nin investisiya portfelinə yalnız Rusiya "Qaz Sənaye Bankı"nın üç milyard rubl (təxminən 100 milyon dollar) məbləğində qısamüddətli depoziti daxildir.

ARDNF rəhbərinin sözlərinə görə, "VTB Bank"la danışıqlar prosesinin tamamlanmasından sonra fond depozit hesablarına vəsaitlərin yerləşdirilməsinin başqa mümkün variantlarının müzakirəsinə başlayacaq.

2012-ci ilin sonuna kimi ARDNF özünün rubl portfelini 300 milyon dollara qədər genişləndirməyi planlaşdırır. Rubl portfelinin diversifikasiyası məqsədi ilə depozitlərin yerləşdiriləcəyi bankların siyahısının genişlənilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti