...

BVF: Azərbaycanda özəl sektor hələlik iqtisadi artımın hərəkətverici qüvvəsi deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycan iqtisadiyyatı əsasən dövlət xərclərinin təsiri altında inkişaf edir ki, bu da iqtisadiyyatı həmin xərclərdən xeyli asılı hala salır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə başa çatan missiyasının rəhbəri, BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya üzrə direktorunun müşaviri Raca Almarzoqi Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Məsələn, tikinti və xidmət sahələri əsasən dövlət xərcləri hesabına inkişaf edir. Halbuki Azərbaycanda işgüzar mühitin müəyyən qədər yaxşılaşması da müşahidə edilir, lakin bu, özəl sektorun iqtisadi artımın lokomotivi olması üçün kifayət etmir", - Almarzoqi qeyd edib.

Onun sözlərinə görə, bundan başqa, bansk sektoru və kapital bazarlarını inkişaf etdirmək lazımdır ki, onlar iqtisadi artımın mühərrikləri olsunlar.

"Dərin struktur islahatları neftlə əlaqəsi olmayan, lokomitivi özəl sektor olacaq və ixracatı stimulaşdırmaq, iş yerləri açmaq və şaxələndirməni dəstəkləmək iqtidarında olan rəqabətədavamlı iqtisadiyyatın inkişafı üçün həlledici əhəmiyyətə malik olacaq. Yeni gömrük məcəlləsinin tətbiqinə başlanması, ÜTT-yə daxil olmaq prosesinin başa çatması və ticarət üçün maneələrin azaldılması yeni iqtisadi artım strategiyasının hazırlanmasında ilkin şərtlər olacaq. Strategiyada neftdən asılılığın azaldılması da nəzərə alınmalıdır", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti