Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Azərbaycan Mərkəzi Bankında (AMB) Fəaliyyət Əsaslı İdarəetmə Sisteminin yaradılması üzrə tenderin nəticələri elan edilib.
Bankdan Trend-ə verilən məlumata görə, sistemin yaradılması üzrə elan edilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib, qiymətləndirmənin nəticələrinə görə Tender Komissiyasının 10 oktyabr 2012-ci il tarixli qərarı ilə "İT Solutions MMC" tenderin qalibi elan edilib.
Noyabrın 20-də şirkətlə satınalma müqaviləsi imzalanıb.