...

Azərbaycanda metanol istehsalçısı ВР ilə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bazar ertəsi Azərbaycanın metanol istehsalı şirkəti "AzMeCo" ilə ВР şirkəti arasında Azərbaycandakı "AzMeCo" zavodunda istehsal olunan metanolun satışı, alışı və marketinqinin həyata keçirilməsi üzrə müqavilə imzalanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Beynəlxalq Bankının (ABB) yaydığı məlumatda deyilir.

Müqavilə Londonda "Lancaster House"da keçirilən "Xəzər Dəhlizi" (Caspian Corridor Conference) adlı birinci konfransda imzalanıb. Tədbir "TheCityUK" bankının ABB və "Asia House" ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Qeyd edək ki, "AzMeCo" 2007-ci ilin noyabrında yaradılıb. Xəzər hövzəsində beynəlxalq karbohidrogen layihələri üzrə öz portfelinə əlavə olaraq, şirkət Azərbaycanın qeyri-neft sektoruna investisiyaların baş planını hazırlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti