...

Azərbaycanın Qərb regionundakı tikinti şirkətlərinə “gobustone” məsaməli beton bloklarının üstünlükləri təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 12:15 (UTC +04:00)
Noyabrın 23-də Azərbaycan tikinti bazarı üçün unikal məhsul olan "gobustone" məsaməli beton bloklarının istehsalçısı olan AAC şirkətinin ev sahibliyi ilə Gəncə şəhərində "Ramada" otelində Qərb regionun tikinti şirkətləri üçün konfrans keçirilib.
Azərbaycanın Qərb regionundakı tikinti şirkətlərinə “gobustone” məsaməli beton bloklarının üstünlükləri təqdim olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Noyabrın 23-də Azərbaycan tikinti bazarı üçün unikal məhsul olan "gobustone" məsaməli beton bloklarının istehsalçısı olan AAC şirkətinin ev sahibliyi ilə Gəncə şəhərində "Ramada" otelində Qərb regionun tikinti şirkətləri üçün konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AAC şirkətinin yaydığı məlumatda deyilir.

AAC şirkətinin təşəbbüsü ilə keçirilən konfransın məqsədi Qərb regionun sosial- iqtisadi inkişafında yaxından iştirak etmək və potensial müştərilərə məhsul haqqında məlumat verməkdir.
Konfransda iştirakçılar müasir tikinti materialı olan "gobustone" məsaməli beton blokları, bu blokların xüsusiyyətləri, ənənəvi tikinti materialları ilə müqayisə etdilər. Almaniyanın "Wehrhahn" firmasının orijinal avadanlıqları ilə istehsal olunan gobustone məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların, şəxsi evlərin inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və hətta pilləkanların tikilməsində istifadə olunur. Xatırladaq ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunmuşdur.
Konfransda Qərb regionun tikinti şirkətləri nümayəndələri və memarları iştirak etdilər. Tədbirin açılışında AAC şirkətinin baş direktoru Teymur Abdulrəhimov bu gün qeyri- neft sahəsinin inkişafına göstərilən dövlət dəstəyi sayəsində ölkəmizdə kiçik və orta şirkətlərin də inkişaf etməsini və dünya təcrübəsindən istifadə edilməsinin önəmini vurğuladı. "AAC şirkəti olaraq, bizimdə əsas məqsədimiz daxili bazarı ən qabaqcıl və müasir tikinti materialları ilə təmin edərək rahat həyat şəraitinin yaradılması və müasir yaşayış bina və obyektlərin keyfiyyətli tikilməsidir", - Abdulrəhimov bildirib.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"-a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti