...

"Paşa Həyat Sığorta"nın sığorta yığımları 66 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 15:56 (UTC +04:00)
"Paşa Həyat Sığorta" ASC-nin cari ilin 10 ayının yekunu üzrə sığorta yığımları 12,459 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 66 faiz çoxdur.
"Paşa Həyat Sığorta"nın sığorta yığımları 66 faiz artıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir C.Nəsibova/

"Paşa Həyat Sığorta" ASC-nin cari ilin 10 ayının yekunu üzrə sığorta yığımları 12,459 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 66 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ASC-nin İdarə heyətinin sədr müavini Niyaz İsmayılov deyib.

İsmayılov qeyd edib ki, yığımların ümumi həcmindən könüllü sığortanın payına yığımların 30 faizi, icbarı sğortanın payına isə 70 faiz düşür.

"İlin sonunadək yığımların ümumi həcminin 14 milyon manata çatdırılması planlaşdırılır ki, bu həcmdən də 40 faiz könüllü sığortanın payına düşəcək", - İsmayılov qeyd edib.

Şirkət 10 ay ərzində sığorta hadisələri üzrə 252 min manat həcmində ödəniş edib ki, bu da ötən ilin analoji dövr göstəricisini iki dəfə üstələyir.

2012-ci ilin yekunları üzrə şirkət 5 milyon manat həcmində xalis gəlir səviyyəsinə çıxmağı planlaşdırır.

Onun sözlərinə görə, il ərzində şirkətin nizamnamə kapitalı iki dəfədən çox artaraq 15,05 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti