Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Tağıyeva/
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BƏƏ-nin Azərbaycandakı səfiri Salem Xalifa Mohamed Əl-Ğafli əmirliklərin birləşməsinin 41-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.
"Azərbaycan və BƏƏ arasında əmtəə dövriyyəsi 2010-ci illə müqayisədə bu il 54 faiz artıb", - səfir qeyd edib.
BƏƏ və Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üç iclasını keçiriblər. İqtisadi inkişaf naziri Şahin Mustafayev tədbirdə bildirib ki, növbəti iclasın dekabrın 18-də keçirilməsi planlaşdırılır.