...

Yarım il ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 622 milyon dollardan çox vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 12:43 (UTC +04:00)
2012-ci il noyabrın 1-nə olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 480 445 853 milyon manat ödəyib.
Yarım il ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 622 milyon dollardan çox vəsait ödənilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir A.Axundov /

2012-ci il noyabrın 1-nə olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 480 445 853 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini Araz Əliyev bildirib.

"Hesabat dövründə bankın xidmət məntəqələrinə 1 328 943 milyon müraciət daxil olub. Bu müddət ərzində 1 milyon 220 min 253 əmanətçiyə 480,4 milyon manat vəsait ödənilib. Həmçinin 49 223 müraciət üzrə ödənişlərə icazə verilib, ancaq əmanətçilər hələ öz birdəfəlik ödənişlərinin alınmasına görə müraciət etməyiblər", - Əliyev deyib.

Birdəfəlik ödənişlərin verilməsinə iyunun 1-dən başlanılıb. Bankın nəzdindəki Əmanətçilərə birdəfəlik fərdi ödənişlər mərkəzlərinin sayı 144-dür. Onlardan 78-i isə respublikanın regionlarında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti