...

Azərbaycan və Macarıstan konkret layihələrin həyata keçirilməsinə hazırdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 16:26 (UTC +04:00)
Azərbaycan və Macarıstan arasında əməkdaşlığın potensial sahələrindən biri əczaçılıq sektorudur.
Azərbaycan və Macarıstan konkret layihələrin həyata keçirilməsinə hazırdırlar

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan və Macarıstan arasında əməkdaşlığın potensial sahələrindən biri əczaçılıq sektorudur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Macarıstan Baş naziri ofisinin dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Piter Siyarto Azərbaycan-Macarıstan biznes forumunda deyib.

"İqtisadi inkişaf naziri Şahin Mustafayevlə keçirilən ikitərəfli görüşdə əldə etdiyimiz razılığa əsasən, 2013-cü ilin əvvəlində nazir Macarıstanın iri əczaçılıq şirkətinin nümayəndələri ilə görüşəcək, 2013-cü ilin birinci rübündə isə "Səhiyyəyə investisiyalar" mövzusunda birgə biznes forum keçiriləcək", - Siyarto vurğulayıb.

Onun sözlərinə görə, əməkdaşlığı, həmçinin kənd təsərrüfatı, tikinti, nəqliyyat vasitələrinin yığılması, su təchizatı və hava nəqliyyatı sahəsində inkişaf etdirmək lazımdır.

"Macarıstan yol, dəmiryol və körpü tkintisi üzrə layihələrin həyata keçirilməsində Azərbaycan şirkətləri ilə əməkdaşlığa maraq göstərir", - Siyarto bildirib.

O qeyd edib ki, Azərbaycan və Macarıstan tələbə mübadiləsi proqramın işə salınması ilə bağlı razılıq əldə ediblər.

"Biz son 2 il yarım ərzində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlərə heyranıq", - Siyarto vurğulayıb.

Şahin Mustafayev bildirib ki, iş adamlarının ikitərəfli görüşlərində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı üzrə ciddi planlara malik Azərbaycan sahibkarları iştirak ediblər.

"Biz ümid edirik ki, gələn görüşdə təkcə ölkələr arasında iqtisadi əlaqələr və əməkdaşlığın inkişaf potensialı deyil, həm də konkret, artıq həyata keçirilən layihələr müzakirə ediləcək", - nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti