...

Azərbaycanda mağazalardan 500 kq-dan çox yararsız ərzaq məhsulları aşkarlanaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 17:18 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda, Gəncədə və Xaçmazda mağazalardan 500 kq-dan çox yararsız ərzaq məhsulları aşkarlanaraq məhv edilib.
Azərbaycanda mağazalardan 500 kq-dan çox yararsız ərzaq məhsulları aşkarlanaraq məhv edilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda, Gəncədə və Xaçmazda mağazalardan 500 kq-dan çox yararsız ərzaq məhsulları aşkarlanaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti