...

Azərbaycan 100 yeni sərnişin vaqonu alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 13:08 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC vaqon parkının yenilənməsi çərçivəsində 100 yeni sərnişin vaqonunun alınmasının planlaşdırır.
Azərbaycan 100 yeni sərnişin vaqonu alacaq

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC vaqon parkının yenilənməsi çərçivəsində 100 yeni sərnişin vaqonunun alınmasının planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

Onun sözlərinə görə, habelə bu niyyətlər çərçivəsində artıq müraciətlər olub və hazırda bu proses danışıqlar mərhələsindədir.

Nəzirov deyib ki, eləcə də yükdaşımalar üçün 50 lokomotivin, sərnişindaşımalar üçün isə 12 lokomotivin alınması planlaşdırılıb.

"Həmçinin parkın yenilənməsi çərçivəsində Ukraynaya əsaslı təmirə 50 sərnişin vaqonu göndərilib. Bundan başqa, daha 30 vaqonun təmiri nəzərdə tutulub", - Nəzirov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti