...

Bakıda yağan leysan Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 02:18 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakıda leysan yağmasına baxmayaraq həmişəki rejimində işləyir.
Bakıda yağan leysan Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakıda leysan yağmasına baxmayaraq həmişəki rejimində işləyir. Bu barədə Trend-ə hava limanın növbətçi hissəsindən məlumat verilib.

"Bütün aviareyslər cədvələ uyğun olaraq qəbul edilir", - hava limanından bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 12-də Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 12-də yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti