...

Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Dekabrın 19-da Dubayda Azərbaycan hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın 4-cü iclası keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti