...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 13:54 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, təmin edilmiş, adlı, sənədsiz istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan edilib.
Azərbaycanda ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, təmin edilmiş, adlı, sənədsiz istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

İstiqrazlar satışa 100,8167 faiz qiyməti ilə təqdim ediləcək. İstiqrazların ödənmə tarixi 22 yanvar 2022-ci ildir.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

Yerləşdirmə 2012-ci ilin yanvarında illik 3 faiz dərəcəsi ilə, hər bir istiqrazın nominal qiyməti 1000 manat olmaqla 30 milyon manat həcmində qeydə alınan emissiyadan həyata keçirilir.

Bu emissiyadan istiqrazların yerləşdirilməsi mart ayının 15-də başlayıb və indiyədək emissiyadan 25 milyon manat həcmində qiymətli kağız satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti