...

İmkanlı azərbaycanlılar harada istirahət etməyə üstünlük verirlər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2012 11:26 (UTC +04:00)
Bu sualı bir sözlə cavablandırmaq olar: “Hər yerdə”. Lakin bizim imkanlı həmvətənlərimiz arasında sorğu aparsaq bu zaman onların cavabları bizi çox təəcübləndirəcəkdir.
İmkanlı azərbaycanlılar harada istirahət etməyə üstünlük verirlər?

İmkanlı azərbaycanlılar harada istirahət etməyə üstünlük verirlər?

Bu sualı bir sözlə cavablandırmaq olar: "Hər yerdə". Lakin bizim imkanlı həmvətənlərimiz arasında sorğu aparsaq bu zaman onların cavabları bizi çox təəcübləndirəcəkdir. Çünki onlar üçün istirahət haqqında anlayışları bizim dərk etdiyimiz anlayış ilə uyğun deyil. Onlar üçün istirahət - bu, müvəqqəti olaraq işdən uzaqlaşmaq - bir növ özünü reallaşdırmaq, müvəffəqiyyəti əldə etməyə, zirvəni fəth etməyə və həmin zirvəni saxlamağa qadir olduqlarını özlərinə sübut etmək vasitələri deməkdir. Buna görə də hazırkı suala daha konkret cavab tapmaq üçün biz Victory Tour turizm şirkətinin turizm üzrə meneceri Nigar Cavadovaya müraciət etmişik.

Bizim respondentin sözlərinə əsasən, imkanlı azərbaycanlılar arasında Malayziya, Maldiva, Seyşel, Malta, İsveçrə və Kubaya turlar xüsusi maraq yaradır. Lakin onların arasında BƏƏ seçən şəxslər heç də az deyildir. Adı çəkilən turların qiymətləri, müddəti bir həftə olmaqla bir nəfər üçün 2500 AZN-dən başlayaraq 3800AZN qədər təşkil edir. Bu ölkələr gözəl təbiəti, çoxlu tarixi yerləri, yüksək səviyyədə xidmətləri ilə cəlb edirlər. Əlbəttə ki, burada uğurlu reklam olmadan mümkün deyil. Həmçinin qeyd edək ki, bu ölkələri bal ayını keçirmək üçün yeni ailə quran şəxslər daha çox seçirlər.

Ən çox alınan turlar ilə yanaşı, həmçinin daha az alınan turları qeyd etmək istəyərdik. Bunların sırasına Yaponiya, Afrika ölkələri, Hindistan, Misir ölkələrinə olan turlar aiddir. Belə ki, burada tarixi yerlərin və gözəl təbiətin olmasına baxmayaraq, niyə bu yerlər bizim varlı turistlərimizin maraqlarına səbəb olmur? Məsələ, bu ölkələrin Azərbaycanda zəif marketinq siyasətinin olmasındadır, qeyd edilmiş ölkələr haqqında mövcud stereotiplər, pis imic və ya ölkədə qeyri-sabitlik (məsələn, Misirdə olan vəziyyət) kimi amillər həmçinin buna səbəb olur.

Əldə edilən gəlir və seçilən ölkədən asılı olmayaraq bütün azərbaycanlılar istirahət etməyi xoşlayırlar, yaxşı istirahət etməyi isə daha çox sevirlər (üstünlük verirlər)! Məhz buna görə də, bizim ölkəmizin ərazisində fəaliyyət göstərən turizm şirkətləri istər Azərbaycanda, istərsə də xaricdə (onun hüdudlarından kənarda) müxtəlif növ istirahətlər təklif edirlər. Necə deyirlər, mənasız təşkil edilmiş istirahət işləməkdən daha çox yorur- belə ki, dostlar sizin möhtəşəm şəkildə (yüksək səviyyədə) istirahət etmək arzunuzu təmin edəcək turizm şirkətini seçməkdə səhvə yol verməyin. Bizim məsləhətimiz - öz istirahətinizi yalnız peşəkarlara etibar edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti