...

Azərbaycanda torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2012 14:45 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.
Azərbaycanda torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Azərbaycan Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərara uyğun olaraq, Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Gəncə, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Lənkəran, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Biləsuvar, Quba, Şəmkir, İmişli, Qusar, Xaçmaz, Xızı, Qobustan, Bərdə, Yevlax, Salyan, Neftçala, Qəbələ, Şamaxı, Şəki, Göyçay, Ağdaş, Ağcabədi, Qazax, Qax, Balakən, Beyləqan, Saatlı, Sabirabad, Daşkəsən, Gədəbəy, Samux, Tərtər, Astara rayonlarında və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti müəyyən edilir.

"Azərsu" ASC-yə tapşırılıb ki, bu qərarda nəzərdə tutulan şəhər və rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti