...

"Xalq Bank" və "Paşa Bank" bankomat şəbəkələrini birləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 09:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

"Xalq Bank" ASC və "Paşa Bank" ASC arasında imzalanmış sazişə əsasən, "Xalq Bank" və "Paşa Bank"ın əmək haqqı kartlarının sahibləri hər iki bankın bankomatlarından nağdlaşdırmaya görə komissiya ödəmədən istifadə edəcəklər.

"Xalq Bank"dan Trend-ə verilən məlumata görə, beləliklə, iki bankın birləşmiş bankomat şəbəkəsinə Bakı şəhəri üzrə 25, bölgələr üzrə18 bankomat daxil olacaq.

Bankomat şəbəkələrinin birləşməsi vasitəsi xidmət infrastrukturunun genişləndirilməsi həm də müştərilərin rahatlığına xidmət edəcək bir addımdır.

Onu da qeyd edək ki, iki bankın bankomat şəbəkəsinin birləşməsi əməliyyatı Azərbaycan bankları arasında ilk dəfə tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti